Bu il 1 milyondan çox azərbaycanlı Gürcüstana səfər edib

2019.09.19 17:37 (UTC+04:00)

Bu ilin yanvar-avqust aylarında Azərbaycandan Gürcüstana səfər edənlərin sayı 1.024.349 nəfər təşkil edib. Bu barədə Gürcüstanın Milli Turizm Administrasiyasının hesabatında bildirilib. İllik müqayisədə qonşu ölkəyə səfər edən Azərbaycan vətəndaşlarının sayı 68.292 nəfər, yaxud 7,1 faiz artıb. Bu göstərici ilə Azərbaycan qonşu ölkəyə səfər edən əcnəbi ziyarətçilərin sayı baxımından ikinci yeri tutub. Birinci yerdə 1.058.549 nəfərlə Rusiya, üçüncü yerdə isə 864.474 nəfərlə Ermənistandır.

Hesabat dövründə Gürcüstan, ümumilikdə, 6.320.516 beynəlxalq ziyarətçi qəbul edib ki, bu da illik müqayisədə 7,2 faiz çoxdur.