Rusiya Mərkəzi Bankı (RMB) vergi borcları olan sahibkarların fərdi bank hesablarının dondurulmasını doğru hesab edir. Rusiyanın "Komersant" qəzeti xəbər verir ki, belə hallarda sahibkarın bütün əmlakı ilə məsuliyyət daşımalı olduğu qənaətində olan RMB Konstitusiya Məhkəməsinin də şəxsi və sahibkarlıq əmlakının fərqlənməməsinə dair üç dəfə təsdiqləmə verdiyini xatırladıb. Rusiya Federal Vergi Xidməti tərəfindən bu ilin yayında banklara sahibkarların fərdi hesablarının dondurulmasına dair çoxlu tələbnamələr verildiyi, bu tələbnamələrin bir çox banklar tərəfindən rədd edildiyi də bildirilir.