"Deputatların əməkhaqqı artdı, amma pensiyada olan deputatların pensiyalarında artım demək olar ki, olmayıb". Bu fikirləri bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında komitənin sədri Hadi Rəcəbli bildirib. O, deyib ki, qanuna əsasən, onlar bu artımı almalıdır, amma faktiki artım həyata keçməyib : "Yanvarın 1-dən pensiyada olan deputatların pensiyaları artacaq. Çünki bizim əməkhaqqında olan artım onların da pensiyasında özünü göstərəcək".