Trans-Anadolu qaz kəməri (TANAP) vasitəsilə indiyədək 2 mlrd. kubmetr qaz nəql edilib. "APA-Economics"in məlumatına görə, bu barədə YAP-ın icra katibliyində "Əsrin müqaviləsi: Azərbaycanın yüksəlişinin möhtəşəm təməli" mövzusunda keçirilən dəyirmi masa zamanı SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib. Onun sözlərinə görə, hazırda Cənub Qaz Dəhlizinin yaradılması çərçivəsində Trans-Adriatik qaz kəmərinin tikintisi davam etdirilir və gələn il kəmər istifadəyə veriləcək: "Azərbaycanın böyük qaz ehtiyatları var və bu da böyük imkanlar açır. Ölkənin təsdiq olunmuş qaz ehtiyatları 2,6 trln. kubmetr təşkil edir".