"Azərbaycan Dövlət Neft Fondu (ARDNF) yaradıldığı gündən bu il iyunun 30-na qədər ona 154,6 milyard ABŞ dolları məbləğində vəsait daxil olub".
Bunu bu gün Yeni Azərbaycan Partiyasının İcra Katibliyində "Əsrin Müqaviləsi: Azərbaycanın yüksəlişinin möhtəşəm təməli" mövzusunda keçirilən "dəyirmi masa"da Fondun icraçı direktorunun müavini İsrafil Məmmədov bildirib. Onun sözlərinə görə, ARDNF-a daxil olan vəsaitin 148,3 milyard dolları neft-qaz layihələrinin həyata keçirilməsindən, qalan 6,3 milyard dolları isə Fondda toplanmış vəsaitlərin idarə edilməsindən daxil olan vəsaitdir.
İ.Məmmədov onu da deyib ki, ötən dövrdə ARDNF-in xərcləri 112 milyard dollara yaxın olub ki, bunun da 95,5 milyard dolları dövlət büdcəsinə transfertlərin payına düşüb.