Qeyri neft-qaz məhsullarının ixracı artıb

2019.09.18 16:20 (UTC+04:00)

Bu ilin 7 ayında ölkədən 1 milyard 133 milyon dollarlıq qeyri neft-qaz məhsulları ixrac edilib. Dövlət Statistika Komitəsindən bildirilib ki, bu da ötən ilin yanvar-iyul aylarına nisbətən faktiki qiymətlərlə 17 faiz, real ifadədə isə 12,8 faiz çoxdur. Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (34,9 faiz), Türkiyəyə (22,2 faiz), Gürcüstana (8,9 faiz), İsveçrəyə (7,8 faiz), İtaliyaya (2,9 faiz), Ukraynaya (2,2 faiz), Yunanıstana (2,1 faiz), Çinə (1,7 faiz), İrana (1,6 faiz) və Niderlanda (1,3 faiz) göndərilmiş malların payı üstünlük təşkil edib.