Əcnəbilərin gəlirləri vergiyə cəlb olunurmu?

2019.09.18 11:37 (UTC+04:00)

Bu suallarla bağlı Vergilər Nazirliyinin açıqlamasında bildirilib ki, Vergi Məcəlləsinin 13.2.16.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında muzdlu işdən gəlir Azərbaycan mənbəyindən gəlir hesab olunur və muzdlu işdən əldə edilən gəlirlər Vergi Məcəlləsinə uyğun olaraq gəlir vergisinə cəlb olunur.

"Sosial sığorta haqqında" Qanunun 12-ci maddəsinin müddəalarına əsasən qanunla təsdiq olunmuş neft-qaz ehtiyatlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü, ixrac boru kəmərləri haqqında Sazişlər çərçivəsində fəaliyyət göstərən podratçı və subpodratçı tərəflərdə işləyən əcnəbilər istisna olmaqla, Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilər məcburi dövlət sosial sığortasına cəlb olunurlar.

İşəgötürən tərəfindən işçilərin sosial xarakterli xərclərinin (təhsil, səhiyyə, yemək, telefon danışıqları, kirayə, nəqliyyat, işçinin əmlakı, həyatı, sağlamlığı üzrə sığorta xərclərinin) üçüncü şəxsin hesabına köçürülməsinin nəticəsi kimi əldə olunan gəlirdən məcburi dövlət sosial sığorta haqqı hesablanmır.

İşçinin belə xərclərinin əvəzi birbaşa işçiyə ödənildiyi halda həmin məbləğlər işçinin sosial sığorta haqlarına cəlb olunan gəlirlərinə aid edilir.