Bu ilin yanvar-iyul aylarında Azərbaycan 6,94 mlrd. kubmetrə yaxın qaz ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 34 faiz çoxdur. "APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə ölkədən ixrac edilən qazın dəyəri 1,42 mlrd. ABŞ dollara yaxın təşkil edib ki, bu, 1,6 dəfə artım deməkdir.
Qeyd edək ki, sözügedən göstəricilər SOCAR-ın və Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) məlumatlarına əsasən dərc edilib.