Azərbaycanda istehsal olunan tikinti materialları 517,1 milyon manat təşkil edib

2019.09.17 18:18 (UTC+04:00)

Azərbaycanda bu ilin yanvar-avqust aylarında tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal edilmiş məhsulun ümumi dəyəri keçən ilin müvafiq dövrü ilə nisbətdə 4,2 faiz artaraq 517,1 mln. manat təşkil edib. Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata əsasən, ötən dövr respublikada tikinti kərpicinin, əhəngin, hörmə üçün hazır beton qarışığının istehsalı artmış, sementin, betondan yığma tikinti konstruksiyalarının, tikinti gipsinin istehsalı isə azalıb.

Məhsul növləri

2019-cu ilin yanvar-avqust aylarında istehsal olunub

Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə

01.09.2019-cu il vəziyyətinə hazır məhsul ehtiyatı

Sement, min ton

2 225,3

98,9

73,2

Tikinti gipsi, min ton

7

18,4

2,4

ondan əmtəəlik

6,9

96,2

2,4

Tikinti əhəngi, min ton

30,1

154,7

2,7

Sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpicləri, min ton

67,9

122,2

45,1

Betondan yığma tikinti konstruksiyaları, min kub metr

29,2

45,2

5,5

Asfalt, min ton

207,4

104,5

-

Tikinti kərpici, min kub metr

246,2

147,7

16,4

Hörmə üçün hazır beton qarışığı, min ton

1 118,6

116,9

-

Emal olunan mərmər, travertin, alebastr və onlardan məmulatlar, ton

23 917,4

120,5

352