Bu ilin yanvar-avqust aylarında Azərbaycan 50,138 milyon ABŞ dolları dəyərində 33,211 min ton ət idxal edib. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 6,478 milyon dollar (14,8%) və 3,025 min ton (10%) çoxdur.
Hesabat dövründə ət idxalı Azərbaycanın ümumi idxalının 0,5 faizini təşkil edib.