Yanvar-avqust aylarında Azərbaycanda dəniz nəqliyyatı ilə 4.087,9 min ton yük daşınıb

2019.09.17 16:42 (UTC+04:00)

Azərbaycanda bu ilin yanvar-avqust aylarında dəniz nəqliyyatı ilə 4087,9 min ton yük daşınıb, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 26,5 faiz azdır. Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, hesabat dövründə dəniz nəqliyyatı ilə daşınmış yüklərin 35,1 faizi neft yüklərinin payıda düşüb.

Məlumata əsasən, bu ilin 8 ayında dəniz limanları tərəfindən 5403,2 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib. Yüklərin 4937 min tonunu və ya 91,4 faizi tranzit yüklər təşkil edib: "Bu ilin sentyabr ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 157,8 min ton olub". Bundan başqa, ötən dövr ərzində dəniz nəqliyyatı ilə daşınmış sərnişinlərin sayı 2018-ci ilin müvafiq dövrünə nisbətən 24,8 faizi artaraq 13,6 min nəfər təşkil edib.