Türkiyə və Azərbaycan ortaq vaqon istehsal edəcək

2019.09.17 17:22 (UTC+04:00)

"Türkiyə və Azərbayсan arasında orta vaqon istehsalı, həm də Bakı-Tbilisi-Qars dəmir yolu xəttindən daha aktiv istifadə edilməsi barədə birgə qərarlarımız var".

PA-nın məlumatına görə, bunu Azərbaycan-Türkiyə Biznes Forumunda çıxış edən Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay bildirib.O, deyib ki, Bakı-Tbilisi-Qars dəmir yolu ilə bağlı ortaq tarifin müəyyənləşdirilməsi, həm də dəmir yolu xətti üzərində logistik mərkəzlərin yaradılması ilə bağlı anlaşma və çalışmalar var: "TUBİTAK (Türkiyə Elmi Texniki Araşdırma Şurası) Azərbaycanda 27 laboratoriya açacaq, bununla bağlı razılaşma əldə olunub. Bu, Azərbaycan iş adamlarının başqa ölkələrlə də ticarətini asanlaşdıracaq".