Azərbaycan buğda idxalını artırıb

2019.09.17 17:04 (UTC+04:00)

Bu ilin yanvar-avqust aylarında Azərbaycana ümumi dəyəri 186,2 mln. ABŞ dolları təşkil edən 852,9 min ton buğda idxal edilib. "APA-Economics"in Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə Azərbaycana idxal olunan buğdanın dəyəri 55,3 mln. dollar və ya 42,2 faiz, həcmi isə 121,9 min ton və ya 16,7 faiz artıb.

Qeyd edək ki, cari ilin yanvar-avqust aylarında buğdanın ümumi idxaldakı payı 1,86 faiz təşkil edib.