Bu ilin yanvar-avqust aylarında Azərbaycan ümumi dəyəri 361.730,01 min ABŞ dolları təşkil edən 364.958,73 ton meyvə-tərəvəz ixrac edib. "APA-Economics"in Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, ötən ilin analoji dövrü ilə müqayisədə ixrac olunan meyvə-tərəvəzin dəyəri 14,5 faiz, həcmi isə 0,7 faiz artıb.
Hesabat dövründə xarici ölkələrə əsasən 141.541,60 min dollarlıq 133.242,02 ton tomat, 76.903,55 min dollarlıq 14.143,49 ton meşə fındığı, 18.634,74 min dollarlıq 45.230,88 alma və 18.113,01 min dollarlıq 23.832,36 ton xurma ixrac olunub.