Səudiyyə Ərəbistanı Türkiyə zəvvarları üçün əlavə vergi tətbiq edəcək

2019.09.17 13:35 (UTC+04:00)

Səudiyyə Ərəbistanının Hac Nazirliyi 2020-ci ildə, ümrə də daxil olmaqla, bütün ziyarətlər üçün viza alan Türkiyə vətəndaşları ilə əlaqədar yeni bir qərar çıxarıb. Həmin qərara əsasən, bundan əvvəl üç il ərzində müqəddəs ziyarətlərə bir dəfədən artıq səyahət etmək istəyənlərdən tutulan 300 TL (90,6 manat) bundan sonra alınmayacaq. Onun əvəzində isə yeni ümrə mövsümündən başlayaraq müqəddəs torpaqlara ziyarətə gedəcək hər türkiyəlidən adambaşına 450 TL (136 manat) əlavə vergi tutulacaq.