Yanvar-avqust ayları ərzində 335 milyon dollarlıq neft məhsulları ixrac edilib

2019.09.17 11:53 (UTC+04:00)

Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycan 685.579,05 ton həcmində neft məhsulları ixrac edib. Dövlət Gömrük Komitəsinin verdiyi xəbərə görə, bu həcmdə neft məhsullarının dəyəri 335.408,6 min ABŞ dolları təşkil edib.

Bu ilin səkkiz ayında ixrac edilən neft məhsullarının həcmi ötən ilin müvafiq dövründən 11 faiz, dəyəri isə 14,5 faiz azdır. Hesabat dövründə neft məhsullarının Azərbaycanın ümumi ixracında payı 2,48 faiz olub.