"2023-cü ilə qədər Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsinin dəyərini 15 milyard ABŞ dollarına çatdırılmasını nəzərdə tutmuşuq". Bunu Bakıda səfərdə olan Türkiyənin vitse-prezidenti Fuad Oktay deyib. Onun sözlərinə görə, bununla bağlı iki ölkənin rəhbərliyinin ciddi tapşırığı var: "15 milyard dollar çox böyük rəqəmdir və bu hədəfə çatmaq üçün həm Prezident Rəcəb Tayyib Ərdoğan, həm də Prezident İlham Əliyev ciddi tapşırıqlar verib".