Azərbaycan nefti 12 faizə yaxın bahalaşıb

2019.09.17 10:48 (UTC+04:00)

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 7,36 ABŞ dolları və yaxud 11,55 faiz artıb. "Azeri Light" markalı neftin bir barelinin qiyməti 71,1 dollar təşkil edib.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.