Bu il sentyabrın 1-i vəziyyətinə Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5.191,2 min nəfər olub ki, onlardan 4.939,1 min nəfərini məşğul əhali təşkil edib. Dövlət Statistika Komitəsinin açıqladığı məlumata görə, sentyabr ayının 1-i vəziyyətinə məşğulluq xidməti orqanlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 70,9 min nəfər olub, onların 35,3 faizini qadınlar təşkil edib.
İşsizlikdən sığorta ödənişinin orta məbləği 233,5 manat olub.