Səkkiz ayda Azərbaycanın büdcə gəlirləri 14.810,3 milyon, xərcləri isə 14.712,1 milyon manat təşkil edib

2019.09.16 16:01 (UTC+04:00)

Bu ilin yanvar-avqust aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 14.810,3 mln. manat, xərcləri isə 14.712,1 mln. manat təşkil edib. Büdcənin icrasında 98,2 mln. manatlıq və ya ÜDM-in 0,2 faizi qədər profisit yaranıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ilin analoji dövrü ilə müqayisədə büdcə gəlirləri 780,6 mln. manat və ya 5,6 faiz, xərcləri 1.1226,4 mln. manat və ya 9,1 faiz artıb. Büdcənin icrasında yaranmış profisit illik müqayisədə 5,5 dəfə azalıb.

Qeyd edək ki, cari ilin ilk yeddi ayında büdcənin icrasında 576,2 mln. manatlıq (ÜDM-in 1,3 faizi qədər) kəsir yaranmışdır.