Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanın magistral qaz kəmərləri ilə 17.862,5 mln. kubmetr qaz nəql edilib. Dövlət Statistika Komitəsinin verdiyi xəbərə görə, magistral qaz kəmərləri ilə nəqletmədə əvvəlki ilin müvafiq dövrünə nisbətən 18,8 faiz artım müşahidə olunub. Qazın nəqlinin 36,9 faizi Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. Hesabat dövründə bu kəmərlə 6.587,3 mln. kubmetr qaz ötürülüb ki, bu da ötən ilin müvafiq dövründən 32 faiz çoxdur.
Qeyd edək ki, Cənubi Qafqaz boru kəməri ilə Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz-kondensat yatağından hasil edilən qaz Gürcüstana və Türkiyəyə nəql edilir.