Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2.139,9 mln. manat təşkil edib. "Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, neft məhsullarının istehsalında əvvəlki ilin yanvar-avqust ayları ilə müqayisədə 1,6 faiz artım qeydə alınıb. Hesabat dövründə Azərbaycanda 818,2 min ton həcmində avtomobil benzini istehsal edilib. Avtomobil benzini istehsalında ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,4 faiz artım qeydə alınıb. Bu il sentyabrın əvvəlinə 25,8 min ton həcmində avtomobil benzini ehtiyatı yaranıb.
Hesabat dövründə ölkədə 184,6 min ton həcmində neft-kimya sənayesində istifadə üçün benzin, 1.450,2 min ton dizel yanacağı, 76,8 min ton yanacaq mazutu istehsal edilib. Neft-kimya sənayesində istifadə üçün benzin istehsalında 21,9 faiz, dizel yanacağı istehsalında 6,5 faiz, yanacaq mazutu istehsalında 50,9 faiz artım qeydə alınıb. Hesabat dövründə ölkədə 406,2 min ton həcmində ağ neft, 13,4 min ton sürtkü yağları, 163,1 min ton neft bitumu, 168,5 min ton həcmində neft koksu istehsal edilib.
Ağ neft istehsalı ötən ilin müvafiq dövründən 2,8 faiz, sürtkü yağlarının istehsalı 84,5 faiz, neft bitumunun istehsalı 15,3 faiz, neft koksunun istehsalı 2,9 faiz azalıb.