Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 2.405,5 kq qızıl istehsal edilib. Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,2 faiz çoxdur. Bu il sentyabrın 1-nə ölkədə 154,6 kq hazır məhsul ehtiyatı yaranıb. Bundan başqa, bu ilin 8 ayı ərzində Azərbaycanda 2.460,6 kq gümüş istehsal edilib ki, bu da illik müqayisədə 19,3 faiz çoxdur. Bu il sentyabrın 1-nə ölkədə 127,4 kq hazır məhsul ehtiyatı yaranıb.