Azərbaycanda əmtəəlik təbii qaz hasilatı 31 faiz artıb

2019.09.16 14:23 (UTC+04:00)

Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanda qaz kondensatı daxil olmaqla 25.172,9 min ton həcmində xam neft hasil edilib. Dövlət Statistika Komitəsindən verilən xəbərə görə, bu həcmin 25.119,8 min tonu əmtəəlik xam neftin payına düşüb. Bu ilin səkkiz ayında neft hasilatının həcmi ötən ilin müvafiq dövründən 2,4 faiz, əmtəəlik xam neftin həcmi isə 2,5 faiz az olub. Hesabat dövründə ölkədə 23.074,1 mln. kubmetr həcmində təbii qaz hasil edilib ki, bu da ötən ilin müvafiq dövründən 18,1 faiz çoxdur. Hasil edilən təbii qazın 15.864,9 mln. kubmetri əmtəəlik təbii qazın payına düşüb. Bu ilin səkkiz ayında əmtəəlik təbii qazın həcmində 30,9 faiz artım qeydə alınıb.