Əhalinin gəlirləri 6 faizdən çox artıb

2019.09.16 14:12 (UTC+04:00)

Bu ilin yanvar-avqust aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 36.861,6 milyon manat təşkil edib. Dövlət Statistika Komitəsi xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,4 faiz çoxdur. Son bir ildə ölkədə adambaşına düşən nominal gəlir isə 5,5 faiz artaraq 3.727,8 manata çatıb.