Vergilər nazirinin müavini Qazaxda vətəndaşları qəbul edəcək

2019.09.16 12:31 (UTC+04:00)

Qazax, Ağstafa, Tovuz və Şəmkir rayon sakinlərinin nəzərinə!

Vergilər nazirinin müavini Sahib Ələkbərov 20 sentyabr 2019-cu il tarixində Qazax şəhərində yerləşən Vergi ödəyicilərinə xidmət mərkəzində (ünvan: Qazax şəhəri, S.Arixov küçəsi) Qazax, Ağstafa, Tovuz və Şəmkir rayonlarından olan vətəndaşları qəbul edəcək.

Qəbula gəlmək istəyən vətəndaşlar 16-19 sentyabr 2019-cu il tarixlərində 14 saylı Ərazi Vergilər Baş İdarəsinə, habelə Qazax, Ağstafa və Tovuz rayon vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də Vergilər Nazirliyinin "195-1" Çağrı Mərkəzinə zəng etməklə və ya nazirliyin office@taxes.gov.az elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən qaldırmaq istədikləri məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.