Bu ilin yanvar-iyun aylarında Azərbaycana birbaşa investisiyalar formasında xaricdən cəlb olunmuş sərmayələrin ümumi məbləği 1,7 mlrd. ABŞ dolları təşkil edib. Azərbaycan Mərkəzi Bankından (AMB) "APA-Economics"ə verilən məlumata görə, ölkə iqtisadiyyatına yatırılmış birbaşa investisiyaların strukturunda neft-qaz sektorunun xüsusi çəkisi 86,2 faiz olub.
Hesabat dövründə tədiyyə balansında birbaşa investisiyalar maddəsinin neft-qaz sektoru üzrə xalis maliyyə öhdəliklərinin (328,3 mln. dollar) artımı cəlb olunmuş investisiya ilə (1 724,2 mln. dollar) kapitalın repatriasiyası (1.395,9 mln. dollar) arasındakı fərqdən formalaşıb. Qiymətləndirmələrə görə, qeyri-neft sektoruna cəlb olunmuş birbaşa investisiyaların ümumi məbləği 237,4 mln. dollar olub.