Azərbaycanın 2020-ci il üçün icmal və dövlət büdcəsində neftin bir barelinin qiyməti müəyyənləşib. "APA-Economics"ə verilən məlumata görə, 2020-ci il üçün icmal və dövlət büdcəsinin gəlirləri hesablanarkən neftin bir barelinin qiyməti 55 ABŞ dollarına bərabər götürülüb. Bütövlükdə, ortamüddətli dövr üçün də icmal və dövlət büdcəsinin layihələri hazırlanarkən həmin qiymətin əsas götürülməsi planlaşdırılır.