2020-ci ildə icmal büdcə gəlirləri 27 milyard 605,3 milyon manat nəzərdə tutulur. Maliyyə Nazirliyi xəbər verir ki, müvafiq olaraq icmal büdcə kəsirinin 586,7 milyon manat olacağı gözlənilir. Gələn il üçün icmal büdcə xərclərinin yuxarı həddi büdcə qaydasına uyğun olaraq 28 milyard 192 milyon manat səviyyəsində proqnozlaşdırılır ki, bu da 2019-cu ilin təsdiq edilmiş göstəricisi ilə müqayisədə 821,1 milyon manat və ya 3 faiz çoxdur.
İcmal büdcənin tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlir və xərcləri bərabər olaraq 480,3 milyon manat proqnozlaşdırılır ki, bu da cari illə müqayisədə 96,6 milyon manat çoxdur.