Bu ilin yanvar-avqust aylarında Azərbaycanda mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi 579 mln. manat təşkil edib. Dövlət Statistika Komitəsindən verilən məlumata əsasən, hesabat dövründə ölkə üzrə mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,87 faiz artıb. Mobil rabitə sektorunun gəlirləri ümumi telekommunikasiya bazarının gəlirlərinin 41,4 faizini təşkil edib.
Bu ilin 8 ayı ərzində informasiya və rabitə müəssisələri tərəfindən 1397,2 mln. manatlıq xidmət göstərilib ki, onun da 72,5 faizi əhali tərəfindən istehlak olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17,6 faiz artım deməkdir. Bu sahədə əldə olunan gəlirin 83 faizi qeyri-dövlət sektorunun payına düşüb.