Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin 8,25 faizdən 8 faizə endirilməsi barədə qərar qəbul edib. AMB-dən verilən məlumata görə, faiz dəhlizinin aşağı həddi 6,25 faiz, yuxarı həddi isə 9,75 faiz (uçot dərəcəsinə ±1,75%-lik simmetrik diapazonda) səviyyəsində müəyyən edilib.
Bu qərar sentyabrın 13-dən qüvvəyə minir. Faiz dəhlizinin paramentlərinə növbəti dəfə oktyabrın 25-də baxılacaq.