Ötən ay Azərbaycandan Gürcüstana 287.378 nəfər səfər edib

2019.09.13 15:24 (UTC+04:00)

Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin hesabatında bildirilib. Bu göstərici ilə Azərbaycan qonşu ölkəyə səfər edən əcnəbi ziyatəçilər arasında birinci yeri tutub. İkinci yerdə 252.873 nəfərlə Rusiya qərarlaşıb. İllik müqayisədə qonşu ölkəyə səfər edən azərbaycanlı turistlərin sayı 39.295 nəfər və ya 15,8 faiz artıb.
Avqust ayında Gürcüstana, ümumilikdə, 1.254.554 əcnəbi səfər edib ki, bu da ötən ilin eyni göstəricisindən 5,8 faiz çoxdur.