Torpaq mülkiyyətçilərinin sosial sığorta yükü azaldıla bilər

2019.09.13 15:13 (UTC+04:00)

Bakıda keçirilən “Kölgə iqtisadiyyatı”na qarşı mübarizə – iqtisadi inkişafın mühüm amili kimi” adlı beynəlxalq elmi-praktik konfransda jurnakistlərə açıqlama verən Vergilər nazirinin müavini Sahib Ələkbərov bildirib ki, gələn il Vergi Məcəlləsinə yenidən baxıla bilər: "Vergi Məcəlləsi elə bir qanun toplusudur ki, ona hər zaman dəyişiklik etməyə ehtiyac var. Adətən, ilin sonunda büdcə paketinə baxılır və dəyişiklik edilir, növbəti il qüvvəyə minir. Hazırda torpaq mülkiyyətçilərindən minimum əməkhaqqının 6 faizi civarında məcburi sosial sığorta haqqı tutulur. Biz bilirik ki, bu onların maraqlarına xidmət etmir və bu yükün ciddi surətdə azaldılmasının tərəfdarıyıq".