Beynəlxalq Valyuta Fondunun (BVF) Avropa üzrə direktoru Paul Tomsen Almaniyanın dövlət investisiyalarını artırmaqla “bir iqtisadi şoka düşməkdən yan keçməsinin” zəruri olduğunu bildirib. Onun sözlərinə görə, dövlət sərmayələrinin artırılmasının Almaniyanın qarşı-qarşıya olduğu struktur çətinliklərin aradan qaldırılması üçün hazırda ən optimal yoldur.
“Almaniyanın borc səviyyəsi yaxşıdır və struktur tədbirlərin görülməsini məhdudlaşdırmaq həddində deyil”, – deyən Tomsen ölkənin maliyyə təşviqlərinə də ehtiyacı olmadığını vurğulayıb və əlavə edib: “Ancaq bu, Almaniyanın məntiqi cəhətdən düşünülmüş uzunmüddətli layihələr həyata keçirməsinin qarşısını almamalıdır”.
Almaniya Vergi Ödəyiciləri Federasiyasının təşkil etdiyi bir tədbirdə ölkənin Baş naziri Angela Merkel bu məsələyə münasibət bildirirək hökumətin taraz büdcə siyasətini davam etdirəcəyini vurğulayıb.