Məşğul vətəndaşların vahid reyestri yaradılacaq

2019.09.13 12:51 (UTC+04:00)

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev beynəlxalq elmi-praktik konfransdakı çıxışında qeyd edib ki, qeyri-rəsmi məşğulluq vətəndaşları sosial müdafiə tədbirlərindən kənarda qoyur. Ona görə də məşğulluğun rəsmiləşdirilməsi üçün xüsusi tədbirlər planı hazırlanıb icra edilir. İşsizlikdən sığorta sisteminin yaradılması iş axtaran vətəndaşların sosial müdafiəsini diqqətdə saxlamağa imkan verir. Bu, qeyri-rəsmi məşğulluğun aradan qaldırılmasına əngəl törədir və bu sahəni stimullaşdıran kompleks tədbirlər görülür. Həmin tədbirlər arasında Vergi Məsəlləsində işçilərin gəlir vergisi ilə bağlı dəyişikliklər mühüm yer alıb.

Nazir müavini qeyd edib ki, indiyədək 7 minə yaxın vətəndaş özünüməşğulluq proqramına cəlb edilib və yaxın vaxtlarda məşğul vətəndaşların vahid reyestrinin yaradılması planlaşdırılır.