Mikayıl Cabbarov: “Kölgə iqtisadiyyatı”nın miqyasının azaldılmasına yönəlmiş vergi islahatları sırasında iqtisadiyyatda əmək münasibətlərinin şəffaflaşması mühüm yer tutur”

2019.09.13 12:20 (UTC+04:00)

“Vergi qanunvericiliyinə edilmiş dəyişikliklər, vergi yükünün və “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılmasına yönəldilən islahatların həyata keçirilməsi şəratində qeyri-neft-qaz sektorunda dövlət büdcəsinə proqnozdan əlavə vergi daxilolmalarının məbləği 280 milyon manata yaxın olub”. Bu barədə Vergilər naziri Mikayıl Cabbarov “Kölgə iqtisadiyyatı”na qarşı mübarizə - iqtisadi inkişafın mühüm amili kimi” mövzusunda beynəlxalq elmi-praktik konfransdakı çıxışında bildirib.

“Kölgə iqtisadiyyatı”nın miqyasının azaldılmasına yönəlmiş vergi islahatları sırasında iqtisadiyyatda əmək münasibətlərinin şəffaflaşması mühüm yer tutur”- deyən Vergilər naziri tətbiq edələn vergi güzəştlərinin iqtisadi səmərəsindən də danışıb: “Gəlir vergisi üzrə güzəştin tətbiqinin fiskal səmərəsindən danışarkən iki mühüm aspektə diqqət yetirmək lazımdır. Bunlardan biri bağlanmış əmək müqavilələrinin sayı, digəri isə əməkhaqqı fondudur. Əmək bazarının və əmək münasibətlərinin başlıca göstəriciləri üzrə əldə olunmuş nəticələr deməyə əsas verir ki, bu sahədə şaffaflaşma prosesləri artan dinamika üzrə inkişaf edir”.