Mikayıl Cabbarov: "Kölgə iqtisadiyyatı" leqal biznesin sıxışdırılmasına, dövlətin və cəmiyyətin maliyyə dayaqlarının zəifləməsinə səbəb olur”

2019.09.13 11:38 (UTC+04:00)

"Kölgə iqtisadiyyatı" haqsız rəqabətin yaranmasına və genişlənməsinə, leqal biznesin sıxışdırılmasına, dövlətin və cəmiyyətin maliyyə dayaqlarının zəifləməsinə, işçilərin sosial-iqtisadi hüquqlarının məhdudlaşmasına səbəb olur”. Bu sözləri “Kölgə iqtisadiyyatı”na qarşı mübarizə - iqtisadi inkişafın mühüm amili kimi” mövzusunda beynəlxalq elmi-praktik konfransda çıxış edən Vergilər naziri Mikayıl Cabbarov səsləndirib. Bildirib ki, sadalanan hallar ölkənin iqtisadi təhlükəsizliyinə birbaşa təhdidlər yaradır: “Azərbaycan Respubilkasının Prezidenti cənab İlham Əliyev "kölgə iqtisadiyyatı"nı böyük bəla adlandırıb və onun qarşısının alınması üçün dövlətin və hökumətin siyasi iradəsini bəyan edib, "kölgə iqtisadiyyatı"na qarşı həm inzibati, həm də institusional islahatlarla mübarizə aparılmasının vacibliyini göstərib.

"Kölgə iqtisadiyyatı" geniş bir kateqoriyanı əhatə etsə də, Azərbaycanda bu özünü daha çox qeyri-rəsmi məşğulluq, bəyan ediməmiş gəlirlər, ikili mühasibatlığın aparılması kimi göstərir. Vergitutma baxımından da bu xüsusilə böyük potensialdır və dövlət büdcəsinin gəlirlərinin artırılması üçün olduqca əhəmiyyətlidir”.