Beynəlxalq elmi-praktik konfrans işə başlayıb

2019.09.13 10:17 (UTC+04:00)

Bu gün Bakı şəhərində “Kölgə iqtisadiyyatı”na qarşı mübarizə - iqtisadi inkişafın mühüm amili kimi” mövzusunda beynəlxalq elmi-praktik konfrans öz işinə başlayıb. Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan İqtisadçılar İttifaqı və Azərbaycan Respublikasının Auditorlar Palatasının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə “kölgə iqtisadiyyatı”nın azaldılması və şəffaflığın artırılması sahəsində ölkədə aparılan işlər, qarşıya çıxan problemlər və onların həlli yolları, bu sahədə mövcud beynəlxalq təcrübə və qarşıda duran vəzifələr müzakirə edilir. Tədbirdə Azərbaycan Respublikasının hökumət rəsmiləri, beynəlxalq miqyasda tanınmış nüfuzlu mütəxəssislər, ölkəmizdə fəaliyyət göstərən yerli və beynəlxalq qurumların nümayəndələri iştirak edirlər.