İslam İnkişaf Bankının (IDB) eksperti Bayu Sunaryonun rəhbərlik etdiyi missiya Azərbaycana səfər edib. Missiya IDB-nin Azərbaycanda dəstəklədiyi 2 əsas layihə ilə bağlı işlərin gedişatını yoxlayacaq. Bu layihələrdən biri “Azərbaycanın 6 rayonunda milli su təchizatı və kanalizasiya” layihəsi, digəri isə Azərbaycan hökuməti, Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fond (International Found for Agrecultura Development - IFAD) və IDB-nin “Kənd yerlərinin kompleks inkişafı” birgə layihəsidir.
Birinci layihənin icraçısı “Azərsu” ASC, ikincininki isə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyidir. Bank rəsmiləri hər iki qurumda olub, həmçinin regionlarda layihələrin icrası ilə maraqlanıblar.