Türkiyə Mərkəzi Bankının Pul siyasəti komitəsinin növbəti iclasında uçot dərəcəsinin 3,25 faiz bəndi azaldılaraq 19,75 faizdən 16,5 faizə endirilməsi barədə qərar verilib.
Xatırladaq ki, bankın iyulun 25-də keçirilmiş iclasında uçot dərəcəsi 4,25 faiz bəndi azaldılaraq 24 faizdən 19,75 faizə endirilmişdi.