Rusiyadan Azərbaycana ixrac missiyaları təşkil ediləcək

2019.09.12 14:27 (UTC+04:00)

"Rusiyanın Sverdlovsk vilayətindən Azərbaycana ixrac missiyalarının təşkil edilməsi planlaşdırılır". Bu fikirləri Azərbaycan-Rusiya biznes-forumunda çıxış edən Sverdlovsk vilayətinin beynəlxalq münasibətlər və xarici iqtisadiyyat üzrə naziri Vasiliya Kozlov bildirib. Onun sözlərinə görə, missiyalar 2020-ci ildə həyata keçiriləcək, tibb, kimya və informasiya texnologiyaları sahəsi üzrə fəaliyyət göstərən şirkətləri əhatə edəcək.