Asiyada ixrac, idxal və investisiyaların dəstəklənməsi üçün hazırda Ticarət Kreditləri və İnvestisiya Zəmanətləri Agentliyinin (TCIGA) yaradılması imkanları araşdırılır. Asiya İnkişaf Bankının (AİB) Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri Nəriman Mannapbekovun bildirdiyinə görə, AİB TCIGA layihəsinin yaradılmasının məqsədəuyğunluğu konsepsiyası layihəsini ilk dəfə 2017-ci ildə keçirilmiş Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı çərçivəsində təqdim edib. Sonradan AİB tədqiqatın əhatə dairəsini genişləndirmək qərarına gələrək Mərkəzi və Qərbi Asiya, Şərqi Asiya və Cənubi Asiyadan 18 inkişaf etməkdə olan ölkəni proqrama daxil etmək qərarına gəlib. 2018-ci ildə məsləhətləşmələrdən sonra bu ölkələr aparılan texniki-iqtisadi əsaslandırmaların müsbət nəticələr verəcəyi təqdirdə TCIGA-nın yaradılmasında iştirak edəcəklərinə dair vəd veriblər: "Agentliyin əsas məqsədi birbaşa xarici investisiyaların cəlb edilməsinə və regionlardaxili və regionlararası ticarət yolu ilə iqtisadi artıma dəstək verməkdir. Agentlik yaradılarsa, o, yalnız ticarətlə əlaqəli maliyyə alətləri təqdim etməyəcək, həm də daxili, regional, eləcə də qlobal bazarlarda rəqabətli ticarət üçün regiondakı kiçik və orta sahibkarlığı, habelə digər ixracatçıları stimullaşdıracaq və dəstəkləyəcək".
Texniki-iqtisadi əsaslandırmanın 2020-ci ilin aprelinə qədər başa çatdırılması və maraqlı ölkələrdə, o cümlədən Azərbaycanda dövlət və özəl sektorda paylanacağı gözlənilir. N.Mannapbekovın qeyd edib ki, AİB təklif olunan agentlikdə iştirak etmək qərarına gələ biləcək ölkələrə suveren maliyyə təminatını nəzərdən keçirəcək.