Bakıda Azərbaycan-Rusiya biznes forumu keçirilir

2019.09.12 10:21 (UTC+04:00)

Bakıda növbəti Azərbaycan-Rusiya biznes forumu işə başlayıb. Forumun gündəliyində ikitərəfli əlaqələrin inkişaf etdirilməsi üçün mühüm məsələlər yer alıb. "APA-Economics"in məlumatına görə, forum çərçivəsində Yekaterinburq şəhərinin Kalinin adına maşınqayırma zavodunun nümayədələri ilə Azərbaycanın bir sıra dövlət qurumları arasında görüşlər keçiriləcək. Həmçinin Rusiyanın bir sıra şirkətləri ilə SOCAR-ın qurumları, eləcə də BP və digər neft-qaz sənayesi üzrə fəaliyyət göstərən şirkətlər arasında əməkdaşlığa dair danışıqlar aparılacaq.

Tərəflər, həmçinin, informasiya texnologiyaları sahəsində də əməkdaşlıq məsələlərini müzakirə edəcəklər. Azərbaycan tərəfindən bu sahədə keçiriləcək görüşlərə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndələri qatılacaqlar.
Tədbir çərçivəsində təşkil olunacaq B2B görüşlərdə müxtəlif sahələrdə Rusiya və Azərbaycan qurumları arasında ikitərəfli görüşlər nəzərdə tutulur. Əsas müzakirə mövzuları səhiyyə, nəqliyyat, təhsil, toxuculuq, inşaat və digər sahələrdə əməkdaşlıq olacaq.