İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən oktyabrın 13-də keçirilən hərracda 155 nəqliyyat vasitəsi satılıb.
Hərracda start qiyməti 5.000 manat olan “Hyundai Sonata” markalı avtomobil 9.000 manata, ilkin qiyməti 4.000 manat olan “Chevrolet Niva” markalı avtomobil isə 7.800 manata satılıb.
Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytı vasitəsilə tanış olmaq olar.
Qeyd edək ki, dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərraclar 20 və 27 oktyabr tarixlərində keçiriləcək.
Hərraclarda iştirak etmək istəyənlər “www.emlak.gov.az” və “www.auksion.gov.az” saytlarından seçim edə bilərlər.