Bu ilin yanvar-iyun ayları ərzində bank sektorunun cəmi aktivləri 6,8 faiz (3,9 milyard manat) artaraq 60,9 milyard manat təşkil edib. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) bu ilin birinci yarımilinə dair “Maliyyə Sabitliyi Hesabatı"nda bildirilir.
Sektorun cəmi öhdəlikləri isə 7,1 faiz (3,5 milyard manat) artaraq 53,3 milyard manat olub. Nəticədə bank sektorunun dərinlik göstəricisi olan aktivlərin ÜDM-ə nisbəti ötən ilin sonu ilə müqayisədə 2,5 faiz bəndi artaraq 46,7 faizə çatıb.
Yarımil ərzində balansın artımı əsasən fiziki şəxslərin müddətli depozitləri hesabına olub ki, bu da kredit portfelinin artımını dəstəkləyib. Bank sektorunun aktivlərinin 49,1 faizini xalis kredit portfeli, 25,3 faizini likvid aktivlər, 25,6 faizini isə digər aktivlər təşkil edib.