Azərbaycanda məsafədən bank hesablarının açılması mümkün olacaq

2019.09.11 17:08 (UTC+04:00)

Gələn ilin əvvəlindən etibarən Azərbaycanda “blockchain” texnologiyası üzərindən məsafədən bank hesablarının açılması mümkün olacaq. “APA-Economics”in əldə etdiyi məlumata görə, layihənin fiziki şəxslər üzrə hissəsi artıq tamamlanmaq üzrədir. Hüquqi şəxslərə dair hissəsinin tamamlanmasından sonra layihəyə start veriləcək ki, bunun da 2020-ci ilin əvvəlinə təsadüf edəcəyi gözlənilir.

Layihə ilkin olaraq seçilmiş pilot banklar, Vergilər Nazirliyi, Azərbaycan Banklar Assosiasiyası və Maliyyə Bazarlarına Nəzarət Palatası ilə birgə icra olunur.