Kommersiya qurumlarının sayı 6,5 faiz artıb

2026.10.13 10:06 (UTC+04:00)

2026-cı il oktyabr ayının 1-nə respublika üzrə uçotda olan 1.729.010 vergi ödəyicisinin 86,7 faizi fiziki şəxslər, 13,3 faizi hüquqi şəxslər və digər təşkilatlar olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 4,6 faiz, o cümlədən fiziki şəxslərin sayı 4,4 faiz, hüquqi şəxslərin sayı isə 5,7 faiz artıb.

Oktyabr ayının 1-nə qeydiyyatda olan kommersiya qurumlarının sayı 213.837 təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 6,5 faiz çoxdur.

2026-cı ilin sentyabr ayında 1.208 kommersiya qurumu dövlət qeydiyyatından keçib. Onların 86 faizi yerli, 14 faizi isə xarici investisiyalı müəssisələrdir.

Kommersiya qurumlarının 83 faizi elektron qaydada qeydiyyata alınıb. 2026-cı ilin yanvar – sentyabr aylarında qeydiyyatdan keçmiş yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi 96,6 faiz təşkil edib.

2026-cı ilin oktyabr ayının 1-nə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 92,4 faizi məhdud məsuliyyətli cəmiyyət formasında yaradılıb.