Qeyri-neft-qaz sektorunda ÜDM istehsalı 2,6 faiz artıb

2026.10.09 12:43 (UTC+04:00)

Bu ilin yanvar-sentyabr aylarında ölkə iqtisadiyyatında istehsal olunan ümumi daxili məhsulun (ÜDM) həcmi 102 048,2 milyon manat təşkil edərək ötən ilin eyni dövrü ilə müqayisədə 1,5 faiz artıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, hesabat dövründə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,2 faiz azalaraq 30 326,5 milyon manat, qeyri-neft-qaz sektorunda isə 2,6 faiz artaraq 71 721,7 milyon manat təşkil edib.