Türkiyənin Trabzon, Qaziantep, Bursa və Konya şəhərlərində Azərbaycanın turizm imkanlarına həsr olunan silsilə seminarlar təşkil edilib.
Dövlət Turizm Agentliyinin məlumatına görə, təqdimatlar zamanı qış turizminin inkişafına və dağlıq ərazilərdə mövsümi istirahətə xüsusi diqqət yetirilib. Şuşanın tarixi-mədəni irsi ilə yanaşı, onun işgüzar turizm sahəsindəki potensialı da vurğulanıb. B2B formatlı görüşlər çərçivəsində Azərbaycan və Türkiyənin turizm sənayesi nümayəndələri gələcək əməkdaşlıq perspektivlərini müzakirə ediblər. Bu tədbirlər Azərbaycanın Türkiyə bazarında mövqeyinin gücləndirilməsinə, sahəvi əlaqələrin genişləndirilməsinə və ölkənin ilboyu turizm istiqaməti kimi təşviqinə yönəlib.
Qeyd edək ki, 2026-cı ilin yanvar-sentyabr aylarının yekunlarına görə, Türkiyədən Azərbaycana turist axını ötən ilin analoji dövrü ilə müqayisədə 6,4 faiz artaraq 355 045 nəfər təşkil edib.