İqtisadiyyat Nazirliyi tərəfindən yaradılmış İnnovasiyaların Təşviqi Qrupu “Qlobal avtomobil sənayesinin bugünü və sabahı: yanacaq və ətraf mühit problemləri” mövzusunda tədbir keçirib. İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutundan bildirilib ki, tədbir innovativ təkliflərin sənaye sektorunda təşviqi məqsədi daşıyır.
İstanbul Texniki Universitetinin professoru Rafiq Mehdiyev “Yüksək performans və az yanacaqla çalışan prototip mühərrik modeli” layihəsini təqdim edib. Tədbirdə iştirak edən bir sıra müəssisələrin nümayəndələri layihənin həyata keçirilməsində maraqlı olduqlarını bildiriblər. Qeyd edək ki, layihə 10 beynəlxalq patent alıb.